Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Slovakiyaya ünvanladığı Müstəqillik günü təbrikində ciddi səhvə yol verilib.
Yenicag.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində yerləşdirilən təbrik mesajında Slovakiya əvəzinə Serbiyanın bayrağı yerləşdirilib.
Fotodan da göründüyü kimi, biz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan bayrağının bir neçə dəfə qaydalara uyğun şəkildə yerləşdirilməməsindən gileyləndiyimiz halda, ölkənin xarici siyasət idarəsi diplomatik etiketdə hörmətsizlik kimi qiymətləndirilən belə ciddi səhvə yol verib.
Yol verilmiş səhvin bir müddət sonra fərqində olan nazirlik əməkdaşları artıq bayraqla bağlı yanlışı düzəldiblər.