Xarici İşlər Nazirliyində brifinq keçirilir – CANLI YAYIM

Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir.

Yenicag.az-ın məlumatına görə, brifinqdə bölgədəki vəziyyət müzakirə ediləcək.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirak edirlər.