Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilib.

Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici Kəşfiyyat Xidməti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Loading...

www.yenicag.az

1960
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100