Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XARİCİ MEDİA: "İlham Əliyev və Nikol Paşinyanın Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır" - YENİLƏNDİ / VİDEO

Reklam: Sinerji Pro

14:02

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər.

Yenicag.az xəbər verir ki, “İnferfaks” bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, – deyə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər. Mümkün tarixlərdən biri isə 11 yanvardır.

“İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.

Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.

www.yenicag.az

231