!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xarici ölkə agentura şəbəkəsinin təsiri altına düşmək məmurlar arasında ənənə halını alıb”

!Reklam – Yazi

 

20CFBE83-7228-4495-9DC1-D9834F6516E3_cx9_cy13_cw82_mw1024_s_n_r1Amerikaya sığınan sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsin Ukraynanın “Qordon” nəşrinə verdiyi açıqlamasına görə, Azərbaycan maliyyə naziri Samir Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyir.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ADP sərdi Sərdar Cəlaloğlu bildirdi ki, xarici dövlətlərin təsiri altına düşmək ölkə məmurları arasında artıq ənənə halını alıb: “Azərbaycan dövlətində maliyyə naziri kimi strateji bir postu tutan şəxs haqqında agent ittihamı varsa, bu ciddi bir biabırçılıq, siyasi skandaldır. Ona görə də Azərbaycan hökuməti tərəfindən buna cavab verilməli, araşdırma aparılmalıdır. Digər tərəfdən, Samir Şərifov əgər agent deyilsə, bu məlumatı verən şəxs barəsində hüquqi prosedurlara başlamalıdır. Susmaqla, əhəmiyyət verməməklə bu ağır ittihama cavab verməmək həm də hakimiyyətin özünü nüfuzdan salan bir hərəkətdir.

serdar_celaloglu00Belə bir fakt doğrudursa, bu Azərbaycanda baş verən indiki iqtisadi böhranın arxasında həm də xarici dövlətlərin, xüsusən də Rusiyanın durduğunu göstərir. Onlar bu yolla Azərbaycanın müstəqillik və suverenlik yolunda inkişafının qarşısını almağa cəhd edirlər. Onsuz da Azərbaycanda bir çox neqativ hadisələrin Rusiyanın diqtəsilə həyata keçirildiyini dəqiq bilirik. Bu seçkilərin saxtalaşdırılması, bəzi ciddi islahatların aparılmaması, ölkəmizin Avropaya inteqrasiyasının qarşısnın alınması ilə bağlıdır. Amma dövlətdə təmsil olunan insanların həm də Rusiya agenti olması daha artıq ağır bir ittihamdır. Çünki açıq şəkildə əməkdaşlıq bir başqa məsələdir, bir də var onu gizlin həyata keçirəsən. Gizlin məqam varsa, deməli onun fəaliyyətində hansısa şübhəli məqamlar var. Bu baxımdan agent kimi ittiham olunan tərəfi dinləmək lazımdır. Hökumət isə məlumatı araşdırmaq istiqamətində addımlar atmalıdır. Ola bilsin, tək o deyil, başqaları da var ki, başqa-başqa ölkələrin agentidir. Məsələn, Eldar Mahmudovla bağlı verilən məlumatlarda onun İsrail kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi bildirilir. Bütün bunlar onu göstərir ki, iqtidar apardığı yanlış siyasət nəticəsində onun bir çox funksionerləri başqa-başqa ölkələrə agentlik edir. S. Şərifovla bağlı meydana çıxan məsələ cidd bir hadisədir. Bu hal onu göstərir ki, xarici ölkə agentura şəbəkəsinin təsiri altına düşmək ölkə məmurları arasında artıq bir ənənə halını alıb”.

ELÇİN

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv