Xarici valyutaların manata qarşı bugünkü məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı 27 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8101 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1148 manat, 1 Rusiya rublu 0.0229 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5583 manatdır.