Azərbaycan Mərkəzi Bankı 31 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, iyulun 31-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9920 manat təşkil edir.
1 türk lirəsi 0,3479 manat, 1 rus rublu 0,0273 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6947 manatdır.