Xarkov metrosunda silahlı insident baş verdi

Ukraynanın Xarkov şəhərində metroda silahlı insident baş verib.

Yeniçağ.az xəbər verir ki, 31 yaşlı Xarkov vilayəti sakininin travmatik tapançadan açdığı atəş nəticəsində  bir nəfər yaralanıb.

Ayağından yaralanan 29 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs  polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlır.

Yeniçağ.az