“Qərb, ABŞ lazımı səviyyədə yardım etsə, Rusiyanın hücum əməliyyatlarını dayandıra bilərlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, Ukrayna tərəfinin geri çəkildiyi müşahidə olunur.
“Cənubi Qafqazdan böyük bir ərazidə müharibə gedir. Əvvəl Rusiya Kiyevə qədər gedib çıxdı. Güclü müqavimətlə rastlaşdı və geri çəkildi.
Hazırda Ukraynanın şəhərləri bərbad vəziyyətdədir. Baxmayaraq ki, ABŞ, Qərb yardımlar edir, ancaq bu yardımlar kifayət etmir. Hava hücumundan müdafiə sistemləri olmadığından Ukrayna ordusuna güclü zərbələr endirilir. Qərb, ABŞ İranın İsrailə zərbələr endirdiyi zaman müdafiə etsəydi, vəziyyət fərqli olardı”, – deyə o əlavə edib.
Hərbi eskpert qeyd edib ki, Ukraynada silahlanma hissə-hissə aparılır:
“Əgər əvvəllər Ukrayna ordusu tutduqları mövqedən 1-2 km geri çəkilirdilərsə, artıq 5-7 km geri çəkilir. Özü də böyük itkilərlə başa gəlir. Rusiyanın da itkiləri var. Müharibə davam edə-edə Rusiya silah sənayesini yenidən qurdu. Rusiya bütün zavodlarını işə sala bilib. Artıq aya 20 tank istehsal edə bilirlər.
Ukrayna tərəfi də mühəndis istehkam işləri qurur. Ancaq buna baxmayaraq, mövqeləri yarma halları var. Xarkov şəhərinin işğal təhlükəsində olduğunu demək olar. Qərb, ABŞ lazımı səviyyədə yardım etsə, Rusiyanın hücum əməliyyatlarını dayandıra bilərlər. Hazırda Ukrayna ordusunun geri çəkildiyinin şahidi oluruq”.
Səxavət Məmməd