Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Lev Landau prospektindəki “Ağdam” restoranında baş verib, öldürülən azərbaycanlı isə 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılovdur.
Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.