Xarkovda Rusiya ordusunun erməni casusu ələ keçirildi – FOTO

Ukraynanın Xarkov şəhərində Rusiya tərəfinə casusluq edən erməni yaxalanıb.

Yenicag.az xəbər verir ki, ələ keçən erməni casusun üzərindən Ermənistana aid hərbi bilet çıxıb.

Erməni casusun Rusiya tərəfi üçün hədəflərin dəqiqliklə vurulması zamanı istifadə olunan xüsusi avadanlıqların şəhərin müxtəlif ərazilərindəki strateji obyektlərə yerləşdirilməsində iştirakı da istisna edilmir./Oxu.az/