Şiddətli döyüşlər səbəbindən Ukraynanın Xarkov vilayətindən 5.762 dinc sakin təxliyə edilib.
Yenicag.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Xatırladaq ki, Rusiya mayın 10-da Xarkov vilayətinin Liptsovski və Vovçansk istiqamətlərində yeni hücum əməliyyatlarına başlayıb.
Xüsusilə də son 24 saat ərzində Rusiya Xarkov vilayətinin 30-dan çox yaşayış məntəqəsinə aviazərbələr endirib, Vovçansk şəhəri isə kütləvi atəşə məruz qalıb. Bundan əlavə, çoxlu yaralı və qurbanın olduğu bildirilib.
Rafi Müslümov