“Xaş-xaş-2021” ƏMƏLİYYATI – Füzulidə 1 263 ədəd çətənə kolu aşkarlandı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qacar kəndi ərazisində çəkisi 217 kiloqram olan 1263 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.