Xatirə Azərbaycandan KÖÇÜR – SƏBƏB

Müğənni Xatirə İslam Rusiyaya köçür.

Yenicag.az xəbər verir ki, müğənni bunu “Həmin Zaur” verilişində açıqlayıb.

O, həyat yoldaşının işi ilə əlaqədar Moskva şəhərində yaşayacaqlarını bildirib:

“Müvəqqəti olaraq Moskvada yaşayacağıq. Buna həyat yoldaşımın işi ilə əlaqədar qərar verdik. Sentyabrda köçürük. Mən həm orada yaşayacam, həm də yaradıcılığımla əlaqədar Azərbaycana gəlib-gedəcəm”.

Sənətçi Novxanıda olan bağını da satışa çıxardığını deyib.

Müğənni 20 sot həyəti olan 3 mərtəli bağ evinin qiymətini açıqlamayıb:

“Bağ evi boş qaıb, nə oğlum, nə də həyat yoldaşım getmir. Qiyməti burda demək istəmirəm, efirdə bazar açmaq istəmirəm”.

Nehru

COP29