!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xatirə gizlinləri açdı: "İki ay atamı aldadıb xalamla..."

!Reklam – Yazi

“2 ay toya getmişəm, atamın bundan xəbəri olmayıb”.

Yenicag.az xəbər verir ki, müğənni Xatirə İslam keçmişi ilə bağlı etiraflar edib.

Müğənni atasından gizlin toylara getdiyini, onu aldatdığını bildirib:

“Düz iki ay idi ki, toya gedirdim, atamın bundan xəbəri olmayıb. Atam işdən gec gəlirdi, mən də xalamla gedirdim.

Axırda anam dedi ki, mən daha yalan danışa bilmərəm, gəl bunu atana açaq deyək, qoy bilsin toya getdiyini. Atam bunu biləndən sonra düz bir il məni özü aparıb-gətirdi. Atam bir onda ayıldı ki, artıq mən müğənniyəm. O əziyyətlərin hamısın anam çəkib mənimlə.

Atam da mənə dəstək olub, amma anamın əziyyəti daha çox olub üzərimdə.

Atamla dost olmuşam, bütün sirrimi bölüşmüşəm. Heç vaxt gizlətməmişəm, problemim, səhvim olubsa, ürəklə demişəm, həmən yanımda olub”.

Xatirə bunu “Şou ATV” verilişində etiraf edib.

Nehru

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv