Tanınmış müğənni Xatirə İslamın oğlu ürək əməliyyatı olunacaq.
Bu barədə ifaçı özü məlumat yayıb. Onun sözlərinə görə, övladında anadangəlmə ürək dəlikləri olub:
“Tehrana müayinəyə gətirdik, tez bir zamanda əməliyyat etdirin dedilər. Mən də gəlim düşünüm-daşınım, həkimi seçib başlamağa qərar verək…”
Xatirə oğlunun müayinədə fotosunu da paylaşıb. O, sözügedən şəklə bu şərhi verib:
“Balaca ürəyini əməliyyata yazdılar balamın. Allah özü bütün balaları qorusun. Amin!(Qafqazinfo).