Müğənni Xatirə İslam xəstə yatağında olan sənətçilərlə çəkdirdiyi şəkli həmin şəxs dünyasını dəyişəndən sonra sosial şəbəkə hesabında paylaşan həmkarlarını qınayıb.
O, bunun reklam olunmaq və gündəmdə qalmaq naminə edildiyini bildirib.
Yenicag.az xəbər verir ki, Xatirənin bu fikirləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun bu iradı ilə razılaşmayıblar:
“Bunun da reytinqi düşüb, bilmir nə danışsın… Özünü ucuz reklam edir… Şəkil paylaşmaq məqsədi ilə çəkilirsə, çəkən də, paylaşan da özü bilər. Ağıllı çıxıb sanki.
Get öz işinlə məşğul ol… Özün mələksən axı, hələ bir başqalarında da səhv tutursan…”
Bəzi izləyicilər isə ona haqq qazandırıb:
“Düz deyirsən, reytinq naminə hər şey edirlər. Xəstə yanına şəkil çəkdirməyə gedirlər… Biz də istəmərik müğənnilər o vəziyyətdə görsünlər.
Yaddaşımızda o müğənnilərin gözəl siması qalsın… Həyatında ilk dəfə düz danışdın Xatirə. Xəstəni qoyaq bir yana, indi dəb düşüb, qəbristanlıqda fotosessiya edirlər…”
Nehru