Xatun: “Cəhənnəm həyatı yaşadım, pul lazım olsaydı, gedib dilənərdim”

“2 ay 13 gün cəhənnəm həyatı yaşadım. Pul lazım olsaydı, gedib dilənərdim”.

Yenicag.az xəbər verir ki, bunu qardaş itkisindən sarsılan və aylardır ki, özünə gələ bilməyən müğənni Xatun kədərini bölüşərkən deyib.

Sənətçi, beyin xərçəngindən dünyasını dəyişən qardaşı, stilist Balaşın xəstəliyinin əlacsız olduğunu bildirib:

“Onun analizlərinin cavabını İsrailə, Türkiyəyə, Moskvaya göndərdim. Hamı dedi ki, gecikmisiniz. Həkimlər dedi, bu insan harada yaşayıb ki, həkimə də getməyib. Beyninin bir tərəfini tutmuşdu, kimyaterapiya da kömək olmadı. Xəstəliyinin son günləri bizdə qalırdı. Deyirdim, hər yerə aparacam, sağalacaq. Anam deyirdi ki, gizlədirsən məndən. Hamıdan gizlətdim. Qoruyurdum ki, kimsə gələr infeksiya keçər”.

Müğənni bu barədə “O üz” proqramında bildirib.

Nehru