“Bu gün qardaşımı sadəcə qucaqlamaq istəyirəm. İstəyirəm ki, onun ruhu şad olsun”.
Yenicag.az xəbər verir ki, bu sözləri bu sözləri müğənni Xatun Əliyeva “Tarixin bir günü” verilişində gözyaşları içərisində deyib.
Bu günlərdə evində toy sədası gələn Xatun qardaşının ən böyük arzusunu da yerinə yetirib:
“Soruşurlar ki, Xatunun qızı var. Deyirəm, mən bacımın qızını oğlumdan ayırmamışam, onlar bir yerdə böyüyüb. Bacım İsraildə yaşadığı üçün o qızı bir böyütmüşük. Qardaşım Balaş onlara atalıq edib, həm oğluma və o qıza. Balaşın ən ağır vaxtlarında o qız bizə bir bacı olub. Ona bir vəfa borcum var idi. Deyirdim, sənə gözəl xına mərasimi, toy edəcəyəm, gəlin köçürəcəyəm. Onu gəlin köçürmək mənim və qardaşımın arzusu idi. İstəyirdim, Balaşın da ruhu şad olsun. O qıza toy etdim, gəlin köçürdüm. Bu gün qardaşımı sadəcə qucaqlamaq istəyirəm”.
Nehru