NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina sabah Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə o, Tbilisidə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Tbilisidə, ötən gün İrəvanda, sonra isə Bakıda aparacağı müzakirələrin böyük hissəsi Ukraynadakı müharibəyə həsr olunacaq: “Bu müharibə faciəvi və tektonik dəyişiklikdir və adaptasiya tələb edir. Hesab edirik ki, cavablardan biri bütün, xüsusən də Rusiyadan gələn təhlükələrin daha çox toxuna biləcəyi tərəfdaşlara dəstəyin və onlarla əmədakşlığın gücləndirilməsidir”.