“Xəbər365” saytı fəaliyyətini bərpa edir

Bu gündən “Xəbər365” (xeber365.com) saytı fəaliyyətini bərpa edir.

Sayt 2014-cü il avqustun 25-də yaranıb, 2017-ci il yanvarın 31-də fəaliyyətini müvəqqəti dayandırıb.

Saytda ölkə və dünyada baş verən gündəlik hadisələrlə bağlı xəbərlər, müsahibələr, reportajlar, köşə yazıları, digər layihələr yayınlanacaq. Bundan başqa, foto və video materiallar yerləşdiriləcək.