Xəbərdarlıq: 5 gün dəhşətli isti olacaq

4bhd314c9d2cf4f76_800CAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Departamendən AzVision.az-a bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.

Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir.

Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir.