!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XƏBƏRDARLIQ: Bu çimərliklərdən istifadə qadağandır - SİYAHI

!Reklam – Yazi

“Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Nazirlik rəsmisi bildirib ki, dəniz suyunda bağırsaq çöplərinin həddə uyğun olub-olmaması vacibdir. “Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələri götürülür, laborotoriyada müayinələr aparılır. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq normadan çox olur. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərindən götürülən bakteoroloji nümunələr standartlara uyğun gəlməyib. Bu çimərliklərdən istifadə qadağan olunub”.

Z.Kazımov qeyd edib ki, Abşeron yarımadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv