XƏBƏRDARLIQ – Bu şəxslər vaksinasiyadan öncə müayinə edilməlidir

“Otoimmün xəstəlikləri olan insanlar koronavirusa qarşı peyvənd edilməzdən əvvəl müayinədən keçməlidirlər”.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Yekaterina Krivtsova məlumat verib.

O bildirib ki, otoimmün tiroiditi, peyvənd vurulmadan öncə tireotoksikozlu hipotiroidizmi olanların laborator göstəricilərinə baxılmalıdır.

“Bu cür xəstəlikləri olan şəxslərdə orqanizmin bütün əsas parametrləri normal olarsa, peyvənd vurula bilər”.