!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəbərdarlıq: Sabah hava küəkli olacaq

!Reklam – Yazi

Martın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Martın 11-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözləniliir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, йərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

www.yenicag.az

2530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv