!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XƏBƏRDARLIQ: Sabahdan temperatur düşəcək

!Reklam – Yazi

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir.

Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

www.yenicag.az

5838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv