“Şimşək zamanı bəzi insanlar bu hadisəni lentə almağa çalışır, buna yol vermək olmaz”.
Bunu Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elturan Fərzəliyev bu gün Bakıda COP29-la əlaqədar keçirilən maarifləndirmə tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, ildırım buludla yer arasında baş verən qığılcımla müşayiət olunan elektrik boşalmasıdır, buna görə də bina və qurğularda ildırım ötürücüləri qurulur.
Qeyd olunub ki, şimşək hadisəsi zamanı insanlar bir çox hallarda laqeyd münasibət göstərir, bəzən isə eyvana çıxaraq və ya pəncərdən bu hadisəni lentə almağa çalışırlar:
“Bu kimi hallarda açıq havada olanda ağacın altında daldalanmaq olmaz. Əksinə ağacın hündürlüyü qədər ondan uzaqda dayanmaq lazımdır”.//APA