!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xəbəri eşidəndə…” - Əməkdar artist məşhur mükafatı Azərbaycana gətirdi - FOTOLAR

!Reklam – Yazi

“Bu xəbər mənim üçün çox gözlənilməz və xoş oldu”.

Bunu BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunan tanınmış aktrisa və rəssam, Əməkdar artist Suğra Bağırzadə Yenicag.az-la təəssüratlarını bölüşərkən deyib.

Aktrisa türk dövlətləri arasında bu nüfuzlu mükafata layiq görülən ilk sənət adamı olduğunu bildirib:

“Leonardo Da Vinci” medalı İtaliyada təsis olunan və mötəbər sənətkarlara verilən nüfuzlu bir mükafatdır. Belə bir medala layiq görüləcəyimi gözləmirdim. Bu xəbəri eşidəndə mənim üçün sürpriz oldu. Bu medal sənət aləmində xidmətlərə görə verilir. Bilirsiniz ki, mənim ifamda məşhur “Cücələrim” mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda da tanındı, sevildi. Demək olar ki, ifamda səslənən bu mahnı bütün beynəlxalq musiqi saytlarında səslənir. Eyni zamanda, təbii güllərdən kompozisiyalar yaradıram, floraçı-rəssam kimi beynəlxalq aləmdə sərgilərim baş tutub. Filmlərə çəkilmişəm, aktrisa kimi fəaliyyətim də bura daxildir. Yəni bu mükafat bütün yaradıcılığım nəzərə alınaraq verilib. Türk dünyasında yeganə azərbaycanlı sənət adamıyam ki, bu mükafata layiq görüldüm. Buna görə fəxarət hissi keçirirəm və çox sevincliyəm”.

Qeyd edək ki, pandemiya səbəbindən aktrisa mükafatın təqdimetmə mərasiminə qatılmayıb. Mükafat ona Bakıda təqdim olunub.

Cəvahir

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv