Xəbəri olmadan evləndirildi: Sənədli film çəkməyə getmişdi – FOTOLAR

İngiltərədən sənədli film çəkmək üçün Ekvadordakı Huaroni qəbiləsinin yaşadığı bölgəyə gedən Sarah Bequm maraqlı hadisə ilə qarşlaşb.

Yenicag.az xəbər verir ki, o, xəbəri olmadan evləndirilib.

Belə ki, Sarah Bequm iki həftə qəbilənin kəndində qaldıqdan sonra yığıncağa dəvət olunub. Onu burada içkiyə və yeməyə qonaq ediblər. Daha sonra başa düşüb ki, o, özündən 30 yaş böyük Qinkto adlı döyüşçü ilə evləndirilib.

Sarah sonradan öyrənib ki, bu evlilik sadəcə, simvolik xarakter daşıyır. Qəbilə başçıları bu addımı atmaqla onlar haqqında sənədli film çəkən Saraha təşəkkür ediblər.