!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəbərin mənbəsini demədiyimdən həbs etdirmək istəyirlər” – Müsahibə

!Reklam – Yazi

1618662_731692516865189_364440089_nElnur Məhərrəmli: “Müxtəlif vasitələrlə məndən sifarişçinin kimliyini öyrənməyə cəhd edirlər”

Xəbər verildiyi kimi, Bakı Dövlət Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov AzPolitika.info saytının baş redaktoru Elnur Məhərrəmlini məhkəməyə verib. Buna səbəb isə saytın 31 avqust tarixində dərc olunan “Nuşirəvan və bayquşlarının sərgüzəştləri” adlı yazısı olub.

Prosesin nə yerdə qaldığı haqqda məlumat almaq üçün Yenicag.az saytı olaraq Elnur Məhərrəmli ilə əlaqə saxladıq.

– Məhkəmə prosesi nə zaman keçiriləcək?

– Məhkəmənin ilkin hazırlıq iclası dünənə təyin olunmuşdu. Lakin məhkəmənin günü barədə mənə prosesə iki gün qalmış, yəni ötən həftənin şənbə günü məlumat verildiyi və qarşıdakı günlər istirahət gününə düşdüyündən vəkilimlə müqavilə imzalaya bilməmişdim. Ona görə dünən (iki gün öncə-red.) hazırlıq iclası başlayan kimi Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovdan xahiş etdim ki, vəkillə müqavilə imzalayana və işlə tanış olana qədər proses təxirə salınsın. Məhkəmə də bu xahişimi nəzərə alaraq, hazırlıq iclasını sentyabrın 29-a təyin etdi.

– Belə görürəm hələ ki, vaxt azlığından prosesə tam hazır ola bilməmisiniz?

– Məhkəmə prosesinə iki gün qalanda bu haqda məlumat verdilər. Həmin qısa zaman istirahət gününə düşdüyü üçün də vəkillə müqavilə bağlaya bilmədim. Hərçənd məhkəmə dövlət vəkili ilə təmin etmişdi. Amma yenə də istədim ki, prosesə öz vəkilimlə çıxım. Ona görə də prosesin təxirə salınmasını hakimdən xahiş etdim.

– Niyə sizin həbsinizi istəyirlər? Bu kimin istəyidir və yaxud sifarişdir?

– Düşünmürəm ki, mənə qarşı olan bu proses sifarişdir. Əksinə Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov hesab edir ki, saytımızda ötən ayın 31-də dərc olunan “Nuşirəvan və bayquşlarının sərgüzəştləri” adlı yazı sifariş əsasında verilib. Ona görə də yazının dərc olunduğu ilk günlərdə Nuşirəvan Səfərovun təmsilçiləri redaksiyamızda olublar. Burada onlarla xeyli söhbət etdik və onlar açıq mətnlə bildirdilər ki, bu yazının sifariş olduğunu düşünürlər. Bildirdilər ki, bu yazı Daxili İşlər Nazirliyində sifariş edilib. Ona görə də müxtəlif vasitələrlə məndən sifarişçinin kimliyini öyrənməyə cəhd etdilər. Lakin onların bu cəhdləri əsassız olduğundan nəticəsiz qaldı. Ona görə indi məhkəmə variantını işə saldılar ki, bu yolla təzyiq etsinlər. Burada bir neçə məqsəd güdürdülər. Onlardan biri sifarişçinin kimliyini açıqlamağa məcbur etməkdən ibarətdir. Digər məqsədləri isə bundan sonra yol polisi əməkdaşlarının qanunsuz hərəkətlərindən yazı yazmağı çəkindirmək istəyindən ibarərtdir. Düşünmürəm ki, onların bu cəhdlərinin real nəticəsi olacaq. Sifarişçi olmadığından hansısa formada sifarişçinin kimliyini açıqlamaq mümkün deyil. İkincisi, belə təzyiqlərlə bizi qorxutmaq mümkün deyil. Güman edirəm ki, məhkəmə bu iddianı icraata qəbul etməyəcək.

– Qarşı tərəf sizdən kompensasiya ödənilməsini, yoxsa həbsinizi istəyir?

– Qarşı tərəf təkzib və ya üzrhaqlıq verilməsini tələb etmədən, Mətbuat Şurasına müraciət etmədən birbaşa cinayət işinin açılmasını və həbsimi tələb edib. Burada hər hansı kompensasiya ödənilməsi məsələsi yoxdur. N. Səfərov təxminən 10 günə yaxın bir müddətdə müxtəlif vasitələrlə saytdan yazının götürülməsini, bu alınmadıqda sifarişçinin kimliyini öyrənməyə, psixoloji təzyiq göstərməyə çalışıb. Lakin bu cəhdləri baş tutmadıqda, belə görünür köhnə tarixlə məhkəməyə müraciət edib.

ELÇİN

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv