!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xələf Xələfov: "Azərbaycan platforma seçilib"

!Reklam – Yazi

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini Xələf Xələfov bunun bizim ölkəyə olan etimadın göstəricisi olduğunu deyib: “Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib”.

Xələf Xələfov əlavə edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: “Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb”.

Emin Səfərov

www.yenicag.az

7570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv