Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib.
Yenicag.az xəbər verir ki, qanunvericiliyə görə, o, iki vəzifəni tuta bilməz. Bundan sonra Xələf müəllim nazir müavini vəzifəsində çalışacaq.
L.Abdullayeva Unikal.org-a həmçinin bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq.
Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub. Bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.
O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: “Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.
Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Bundan əvvəl isə X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu.