Reklam: High Technic
hightechnic

“Xərçəng” nədən yaranır?

İnsan fəaliyyəti təkcə insanlar arasında deyil, həm də heyvanlar arasında onkoloji xəstəliklərin yayılmasına şərait yaradır.

Yenicag.az-ın məlumatına görə, bu qənaətə ABŞ-ın Arizona Universitetinin bir qrup alimi gəlib.

Qeyd olunur ki, antropoloji fəaliyyət atmosferin və hidrosferin kimyəvi çirklənməsi, nüvə qurğularından radiasiya şüalanmasının ayrılması, habelə kənd təsərrüfatında pestisidlərdən istifadə kimi amillər bədxassəli şişlərin inkişafına və geniş yayılmasına səbəb olur.

Bundan başqa, hormonal dəyişikliklər və sutkalıq ritmlərin də xərçəng simptomlarını yaratdığı açıqlanıb.

www.yenicag.az

1366