!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəng yayan məktəbli formaları satılır – Bakıda – Fotolar

!Reklam – Yazi

 

IMG_7847.JPG_55d40ba13fc6aYenicag.az məlumat verir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olan məlumatlar əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır. Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb. Müəssisədə “Bakı Tikiş Evi” MMC-yə məxsus “BTE” əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki,  “keyfiyyətsiz parçadan hazırlanan məktəbli formaları dəri xərçəngi kimi xəstəliyin yaranmasını belə risk altına alır.  Maya dəyəri ucuz başa gələn məktəbli formalarının tikilməsində istifadə olunan tikiş materiallları keyfiyyətsiz və Çin istehsalı olan paltar materiallarıdır. Oğlan və ya qızlar üçün tikilən kostyumların astarı, astarla parça arasında əsas rol oynayan “klyoş” və sapların keyfiyyətsizliyi açıqca seçilir”.

 

www.yenicag.az

2264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv