Məşhur türk aktyor Metin Çekmez dünyasını dəyişib.
Yenicag. az xəbər verir ki, “Adını Feriha qoydum”, “Leylanın Evi”, “Böyük görüş”, “Min bir gecə” serialları ilə tamaşaçıların ürəyini ovsunlayan aktyor uzun müddət idi ki, xərçəngdən əziyyət çəkirdi.
Xəstəxanada müalicə olunan 76 yaşlı Metin bu gün vəfat edib.
Qeyd edək ki, Metin Çekmez, eyni zamanda türk teatr sənətinin inkişafında rolu olan bir aktyor idi. Onun səhnədə yaratdığı rollar sevə-sevə izlənilib.
Cəvahir