Xərçəngə səbəb olan MƏHSULLAR

Antioksidantlarla zəngin olan məhsullar xərçəngin bəzi növlərinin yaranma riskini artıra bilər. Bu qida məhsullarına çay, şokolad, qoz, fındıq və giləmeyvələr daxildir.

Yenicag.az xəbər verir ki, bu barədə Yəhudi Universiteti yanında İmmunologiya və xərçəngin tədqiqi Mərkəzinin alimləri xəbərdarlıq edirlər.

Mütəxəssislərin sözlərinə, xərçəng xəstəliklərinin 2%-i nazik bağırsaqda, 98%-i isə yoğun bağırsaqda inkişaf edir.

Bildirilir ki, buna səbəb mikrofloradır. Belə ki, nazik bağırsaqda bakteriya az olur, yoğun bağırsağın isə zəngin mikroflorası var.

Eyni zamanda bağırsaq florası “antioksidantlar” kimi tanınan metalobitlar hasil edirlər. Vəziyyəti səhv qidalanma, həmçinin müntəzəm olaraq çay, qoz, şokolad və giləmeyvələrdən istifadə də ağırlaşdıra bilər./Unikalorg/