!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngi 4 il qabaq tapan test hazırlandı

!Reklam – Yazi

ABŞ və Çindən olan bir qrup alim xərçəng xəstəliyini 4 il öncədən müəyyən edən test hazırlaya bilib.

Yenicag.az xəbər verir ki, “Nature Communications” jurnalında yer alan məqalədə bildirilir ki, bu test hər hansı simptomun meydana çıxmasından illər öncə insanın gələcəkdə bu ağır xəstəliklə üzləşib-üzləşməyəcəyini müəyyən edə bilir.

Test xərçəngin 5 əsas növünü müəyyən edə bilir. Bunların arasında mədə, həzm sistemi, ciyər və s. var.

Testin müəllimlərinin sözlərinə görə, yekun məqsədləri testdən illik ənənəvi qan analizləri zamanı istifadə edilməsidir. Mütəxəssislər qan götürdükləri şəxslərin 91 faizində həmin dövr üçün heç bir simptomi olmasa da, xərçəngi tapa biliblər. Belə ki, bu şəxslərdə qan alizindən sonrakı 4 ildə müxtəlif xərçəng növləri diaqnostika edilib.

Həmçinin onlar qeyd edirlər ki, bu test xərçəngə meyilliliyi müəyyən etməyə imkan vermir.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv