“Xərçəng”i öz əllərimizlə alırıq – Paltarların etiketinə diqqət edin! – FOTO

Paltar alanların çoxu etiketin ancaq qiymət yazılan hissəsinə fikir versə də, qiymətdən daha önəmli məqam, onun hansı materialdan hazırlanmasıdır.

Polyesterdən hazırlanmış paltar alarkən bir dəfə də düşünün!

Hazırda tişört, mayka, sviter, jaket, gödəkçə və alt paltarlarının çoxu polyesterdən hazırlanır. Polyester isə neylon ilə plastikin əridilməsindən alınır.

Məişət dili ilə desək, əyninimizə əridilmiş butulka keçirdirik.

Ucuz başa gələn polyester xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Gödəkçənin hazırlanması üçün 25 böyük plastik qab, tişört hazırlamaq üçün isə 5 böyük plastik qabdan istifadə edilir.

Dərinin havalanmasına mane olduğuna görə dəri xəstəliklərinin yaranmasına səbəb olur.

Heyvanların üzərində aparılan araşdırmalara görə polyesterdən hazırlanmış alt paltarları erkəklərində sperm sayının və keyfiyətinin azalmasına səbəb olub.

Polyester hamilə qadınlarda isə uşağın düşməsinə qədər gətirib çıxara bilər.

Bəzi brend mağazalarda polyesterdən hazırlanmış gödəkçələr 200 manata, hətta bir az da baha qiymətə satılır.

Bəs bu paltarların alternativi nədir?

Qışda bədəninizi isti saxlamaq, sağlamlığınızı qorumaq üçün ən gözəl parça növlərinə yunu, ipəyi, pambığı misal göstərmək olar./Milli.az/