Xərçəngin əsas səbəblərindən biri xroniki iltihabdır

Alimlər xroniki iltihabın bədxassəli şişlərin inkişafının əsas səbəblərindən biri olduğunu müəyyən ediblər.

Yenicag.az məlumat verir ki, ABŞ-ın Şarlott şəhərindəki Şimali Karolina Universitetinin mütəxəssisləri xərçəngə səbəb olan 10 hadisədən 2-sində infeksiya, virus və ya bakteriya olduğunu aşkar edib. Bakteriyaların MUC1 glikoprotein ilə qarşılıqlı təsiri xəstəliyə səbəb olur. Glikoprotein orqanlarda epitel hüceyrələrinin apikal səthini əhatə edir.

Mütəxəssislərin fikrincə, glikoprotein xroniki iltihabda patogen proseslərə səbəb ola bilər.

Digər tərəfdən, MUC1-in qoruyucu funksiyaya sahib olduğunu yazan mütəxəssislər, bu glikoproteinin həmişə təhlükəli hüceyrəyə çevrilmədiyini qeyd ediblər. Glikoproteinin bəzi xəstələrdə iltihab əleyhinə funksiyasını davam etdirdiyi bildirilir./MedicalXpress/

COP29