“Xərçəng”lə çarpışan Zülfiyyə: “Narkozdan ayılanda ilk sözüm “sevirəm” olub” – FOTOLAR

“Xərçəng” xəstəliyindən əziyyət çəkən tanınmış aparıcı Zülfiyyə Bayramova həyat yoldaşı İlqar Mikayıloğlu ilə tədbirlərin birinə qatılıb.

Yenicag.az-a açıqlama verən Zülfiyyə dəhşətli xəstəlikdən qorxmadığını və ağır günlərində həyat yoldaşının ona arxa-dayaq olduğunu deyib:

“Narkozdan ayılanda ilk sözüm bu olub ki, İlqar səni sevirəm. Bunu yaxın rəfiqəm mənə sonradan dedi. Bizim sevgimiz bütün sərhədi aşıb keçdi. Var ər-arvad, bir də ailə sevgisi. Amma artıq bir-birimizi övladımız kimi sevirik. İlqar övladı kimi qayğıma qalır. Güclü olmağı öyrəndim. Bir həqiqəti bilirəm ki, üsyan etməməliyik. Quranın tərcüməsini oxumuşam, elm də bunu təsdiqləyib. Müsbət enerji ötürürsənsə, müsbət, mənfi enerji ötürürsənsə, mənfi enerji alırsan. Ölüm Allahın əlindədir. Sağlam olan və mənə yazığı gələn adam bilmir ki, nə qədər ömrü qalıb. Ölümsüz dünyada yaşasaydıq, tək mən ölsəydim, etiraz edərdim ki, niyə hamı yaşayır, mən ölürəm. Ölümlü dünyada yaşayırıq və ölüm hər kəs üçün var”.

Cəvahir