Tanınmış aktrisa Mənsumə Babayeva əməliyyat olunub.
Sinəsində şiş aşkarlanan aktrisa Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Aktrisa səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib:
“Əslində, əməliyyatım dərhal olunmalıydı. Lakin əməliyyat masasında bəlli oldu ki, qanımda şəkər yüksəkdir. Bir müddət şəkəri salmaq üçün həkimlər müalicə kursu təyin etdilər. Bir neçə gün öncə əməliyyat olundum. Sinəmdən şişləri çıxarıb götürdülər. Hələ ki əkilməyə verilib, görək nəticə necə olacaq. Səhhətimə gəlincə, yataq şəraitindəyəm…”
Qeyd edək ki, aktrisa ikinci dəfədir ki, əməliyyat olunub. O, eyni zamanda, şəkər xəstəliyi və insultdan da əziyyət çəkir.
Cəvahir