Xərçənglə mübarizə aparan “Toppuş bacı”dan ÜZÜCÜ XƏBƏR

Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva xəstəliyin bütün bədəninə yayıldığını deyib.

Yenicag.az xəbər verir ki, “Toppuş bacı” hər həftə kimyaterapiya alır.

“Beş ildir müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Dərəcəsi də yüksəkdir. Sağalıb-sağalmayacağımın ehtimalını bilmirəm.

Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Xərçəng limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb”, – deyə aktrisa bildirib.

Nehru