Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva yenidən Milli Onkologiya Mərkəzində müalicəyə başlayacaq.
Yenicag.az xəbər verir ki, “Toppuş bacı” kimyaterapiya kursları alacaq.
Qanı aşağı olduğu üçün dünən aktrisaya qan köçürülüb. Növbəti müayinələrdən sonra kimyaterapiyalara başlanacaq. Xəstəliyi ilə bağlı dəyişikliklər MRT olunduqdan sonra bəlli olacaq.
Sənətçi belə bir vaxtda ona ruh yüksəkliyi yaşadan yeganə övladı Zəhra qızı ilə bağlı xoş xəbəri də bölüşüb:
“Çox sevincliyəm. Çünki qızım Zəhra birinci sinfə qəbul olunub. İmtahanlardan keçib. Allah hər bir valideynə qismət etsin bu gözəl xəbəri”.
Cəvahir