Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Analena Berbokun Rusiya prezidenti Vladimir Putinin NATO-nu münaqişəyə cəlb etmək istədiyi barədə bəyanatını şərh edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, Zaxarova Almaniyanın XİN rəhbərinə xəritə, tarix dərsliyi və saqqız almağı da təklif edib ki, belə cəfəngiyyatlardan az danışsın: “Berbokdan soruşmaq istərdim ki, o, NATO ölkələrinin Rusiya bazalarını mühasirəyə almadığını, lakin alyansın Rusiyanın perimetri boyunca şərqə doğru genişləndiyini bilir?”/unikal