!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəsarət alan jurnalistə rüşvət təklifi: “İstədiyim məbləği verməyə hazır idilər”

!Reklam – Yazi

“Mən hansı yolla olur olsun o insanın cəzalandırılmasına nail olacağam”.

Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl fiziki təzyiqlərə məruz qalaraq müxtəlif xəsarətlər alan jurnalist Zülfüqar Xeyirxəbər məhkəmənin ona hücum etmiş şəxsin cəzasız qalmasına cəhd göstərdiyini bildirib.

Jurnalistin sözlərinə görə, onun şikayəti üzrə keçirilmiş ilk məhkəmə iclasında onu vuran şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib:

“Mənə qarşı xuliqanlıq edərək, xəsarət yetirən şəxsin dünən məhkəmə prosesi olub. Barəsində qətimkan tədbiri seçilməli idi. Seçilməyib. Məhkəmə prosesi bu günə təxirə salınıb.

Aldığım məlumata görə, qohum-əqrabası rüşvət təklif edib. Əvvəl mənə təklif olundu. Təklif etdilər ki, həbs qətimkan tədbiri seçilməməsi üçün şikayətimi geri götürüm. İstədiyim məbləği verməyə hazır idilər. İmtina elədim.

Çünki bu insan xuliqandı, cəmiyyət üçün təhlükəli biridir. Bu hadisənin onun ilk əməli olmadığını daha əvvəl yaymışdıq. Ötən il martın 20-də narkotikin təsiri altında Heydər Əliyev prospektinə “protiv” girərək, qarşısına keçən maşınların sürücülərini söyüb, təhqir edib. Cəzasız qalıb. Ona görə də əməlini daha betər davam etdirib. Müstəntiq bunu nəzərə almır. Deyir bu işin o işə aidiyyatı yoxdu.

Mən məhkəmədə iştirak etmək istəyirəm, bu adamın nə qədər təhlükəli olduğunu sübut etmək üçün hakimə faktlar təqdim etmək istəyirəm, vaxtı gizlədirlər. Bu nə deməkdir, sizcə!?

Mətbuat Şurası – Əflatun Amaşov bu işi nəzarətə götürdüyünü deyib. Xahiş edirəm maraqlansın. Bu cinayətkar barəsində mütləq həbs-qətimkan tədbiri seçilməlidir. Zatən Prezidentə də açıq məktubla müraciət edəcəm. Mən hansı yolla olur olsun o insanın cəzalandırılmasına nail olacam.

Həmkarlarımdan da xahiş edirəm bu işdə mənə dəstək olun”.

www.yenicag.az

2072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv