“Xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır” – Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında qeydə alınan bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az -a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4-nün vəziyyəti ağırdır. İkisi hospitalizasiya edilib.

Bildirilib ki, xəsarət alanların müalicəsi üçün paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.