!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstə yatağında olan məşhur yazıçıdan YENİ XƏBƏR

!Reklam – Yazi

Uzun müddətdir ki, ev şəraitində müalicə olunan tanınmış yazıçı Vidadi Babanlı səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən yazıçı hələ də, sağlamlığının bərpa olunmadığını bildirib:

“İllərdir ki, evin içində əsa ilə gəzirəm. Həkimlər mütəmadi evə gəlib, müayinə edir. Lakin xəstəlik yaradıcılıq həvəsimi söndürə bilməyib. Bu yaxınlarda “Vicdan susanda” əsərim ingilis dilində çapdan çıxdı. Bir yazıçı olaraq bu məni çox sevindirdi, yaşamaq həvəsimi artırdı. Bu romanım bilirsiniz ki, sovetlər dönəmində ən çox tirajla satılan əsər olub”.

Qeyd edək ki, 5 il əvvəl V. Babanlının ayağı sınıb, sınığın bitişməməsi üzündən yazıçı illərdir ki, yeriyə bilmir.

Cəvahir

www.yenicag.az

1078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv