“Baloğlanın ölüm xəbərini eşidən gündən özümə gələ bilmirəm. Gecə-gündüz ağlayıram”.
Bu sözləri Yenicag.az-a açıqlamasında uzun müddətdir ki, səhhətində problemlər yaşayan xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəyli deyib.
Xalq artisti dostlarını bir-bir itirdiyini və buna görə üzüldüyünü bildirib:
“Dostlarım bir-bir bu dünyadan köç edir. Çox üzülürəm. Baloğlanın ölüm xəbəri məni çox sarsıtdı. Eşitdim ki, Masallıda dəfn olunub. Xəstə olduğuma görə dostumun dəfnində də iştirak edə bilmədim. Televizorda bu ağır xəbərləri eşidəndən özümə gələ bilmirəm. Arif Quliyevin də vəziyyəti çox ağırdır. Deyilənə görə, ölüm ayağındadır. Heyf o dostlardan, illərlə bir yerdə sevincli-kədərli günlərimiz olub. İndi bir-bir hamısını itirirəm. Mənə çox çətindir”.
Aktyor səhhətindən də danışıb: “Müalicə olunuram. Amma dostlarımın itkisinə görə əhval-ruhiyyəm çox pisdir”.
Cəvahir