“Xəstələrin əksəriyyətinin vəziyyəti yaxşıdır”

3ea30fe9fdc660a624013f1afa6284e2“Xəstələrlə görüşdüm, söhbət etdim. Əksəriyyətinin sağlamlıq durumunda hər hansı problem yoxdur. Həyatlarına təhlükə yoxdur, həkimlər tərəfindən müalicələri aparılır”.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçiləri ziyarət edən baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunan 13 nəfərin səhhətində ciddi problem müşahidə olunmur: “Çox qısa zamanda onların əksəriyyəti evlərinə buraxılacaqlar”.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti baş verən hadisəyə dərindən təəssüflənir: “Biz belə bir hadisədən təəssüflənirik, həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda hesab edirəm ki, cənab prezidentin matəm elən etməsi düzgün qərardır”.