Xəstəlik mənbəyi olan Xudat bazarı – Turistlərin baş çəkdiyi “zibil poliqonu”ndan REPORTAJ / VİDEO

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.

Yenicag.az xəbər verir ki, bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.

Ticarət etmək üçün bazar rəhbərliyinə ödənilən pullar bu bazarı abadlaşdırmaq üçün təbii ki, kifayət etmir. Belə bir vəziyyətdə olan bazara görə isə sahibkara heç kəs kredit də vermir.

Xudat sakinləri isə belə bir zibillikdə ticarət etməyə məcburdurlar.

Yayda Nabrana gələn turistlər də bu bazardan bazarlıq edir və bu o deməkdir ki, bazarın vəziyyəti az qala bütün dünyaya məlumdur…

Araşdırmaçı jurnalist Cəmil Məmmədlinin Xudat bazarından hazırladığı video reportajı sizə təqdim edirik: